Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Xəbərlər

01 OKTYABR / 2024 / 10:01

Bakı Limanı Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günündə iştirak edib

30 sentyabr-4 oktyabr tarixləri arasında keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günündə Bakı Limanının Baş Əməliyyat İcraçısı Yucin Si “İqlimə Dayanıqlı İnfrastruktur və Nəqliyyat” mövzusunda olan sessiyada iştirak edib. O, liman əməliyyatlarında karbon emissiyasının sıfıra endirilməsi strategiyası, “Yaşıl Liman” konsepsiyası həmçinin liman infrastrukturu barədə məlumat verib.

 

Qeyd edək ki, tədbirin bu sessiyası logistika və yükdaşıma sektorunun nümayəndələrinin, qlobal problemlərin həllinə liderlik etməyi, eləcə də Paris Sazişi və Azərbaycanın İqlim dəyişmələrinə qarşı mübarizə ilə bağlı məqsədləri çərçivəsində nəzərdə tutulmuş karbonsuzlaşmış və dayanıqlı cəmiyyətin yaradılmasına sərf olunub.