Xəbərlər
13 NOYABR / 2024 / 05:04
Bakı Limanı, COP29-da "İqlimə Diqqət"-in 12-ci İllik Yüksək Səviyyəli İclasında iştirak edir
Bakı Limanı, BMT-nin Qlobal Sazişinin üzvü olaraq, BMT Baş Katibinin müavini Sanda Ojiambo-nun sədrlik etdiyi COP29-da "İqlimə Diqqət"-in 12-ci İllik Yüksək Səviyyəli İclasında təmsil olunub. Bakı Limanının Baş direktoru Taleh Ziyadov, lider şirkətlərin nümayəndələri ilə birlikdə iqlim maliyyəsi ilə bağlı vacib məsələləri müzakirə edərək, maliyyə axınlarını qlobal iqlim hədəfləri ilə uyğunlaşdırmaq üçün atılan addımları vurğulayıb.
Limanın Baş direktoru Taleh Ziyadov və BMT Baş Katibinin müavini Sanda Ojiambo, Bakı Limanının BMT Okean İdarəetmə Təşəbbüsünə yeni üzvlüyünü və bu təşəbbüsün BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə olan qatqıları barədə danışıblar.