Xəbərlər




16 NOYABR / 2024 / 16:27
Bu gün COP29 çərçivəsində ölkəmizə gələn bir qrup xarici media təmsilçisi Bakı Limanına səfər edib
COP29 çərçivəsində “Yaşıl Şəhər” adı altında media turlar təşkil olunur. Azərbaycanın "Yaşıl Şəhər" layihələri çərçivəsində həyata keçirilən innovativ dəyişikliklər və dayanıqlı inkişaf sahəsindəki təşəbbüsləri daha yaxından tanımaq imkanı verən bu turlar çərçivəsində ilk xarici jurnalistlər Bakı Limanına səfər edib.
Bu tur zamanı, jurnalistlər Bakı Limanının dekarbonizasiya strategiyası və "Yaşıl Liman" layihələrinin əhəmiyyəti haqqında məlumatlar əldə ediblər. Limanın ekoloji məsuliyyətli fəaliyyətləri, bərpa olunan enerji mənbələrinin istifadəsi və karbon izinin azaldılması istiqamətində görülən işlər barədə geniş məlumat verilib. Qonaqlar, limandakı müxtəlif terminallarda iş proseslərini izləyərək, müasir texnologiyaların və innovativ yanaşmaların bu sahədə necə tətbiq edildiyini müşahidə ediblər.
Digər xəbərlər

12 DEKABR / 2024 / 15:22
12 Dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Bakı Limanının Baş direktoru Taleh Ziyadov və bir qrup əməkdaşı Fəxri Xiyabana ziyarət ediblər

21 OKTYABR / 2024 / 16:12
İsveçrədə Bakı Limanının dəstəyi ilə "Xəzərin Mavi Üfüqləri" adlı ikinci seminar keçirilib