Xəbərlər
17 NOYABR / 2024 / 08:26
COP29 çərçivəsində "Elektrikləşdirilmiş Nəqliyyat - Təmiz Hərəkətlilik üçün Növbəti Nəsil Texnologiya və Enerji Həlləri " adlı panel müzakirə həyata keçirilmişdir
Bu gün COP29 çərçivəsində "Elektrikləşdirilmiş Nəqliyyat - Təmiz Hərəkətlilik üçün Növbəti Nəsil Texnologiya və Enerji Həlləri " adlı panel müzakirəsi baş tutmuşdur. Bakı Limanı Baş direktoru Taleh Ziyadovun moderatorluq etdiyi paneldə, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri Aida Bədəlova, İqlim Bondlari Təşəbbüsünün Baş analitiki Fabio Passaro və “ServiceNow” şirkətində Dövlətlə Əlaqələr və İctimai Siyasət üzrə Vitse-Prezidenti Combiz Abdolrahimi çıxış etmişdir. Panel müzakirəsi Bakı Limanı Baş direktoru Taleh Ziyadovun açılış sözü ilə başlayıb. O, hidrogen avtomobilləri və elektrik nəqliyyat vasitələri mövzusuna toxunaraq, bu sahənin dünya ictimaiyyətinin diqqətində olduğunu və enerji keçidində mühüm yer tutduğunu vurğuladı. Baş direktor ağıllı şəhər və müasir urbanizasiya ilə bağlı gələcəkdə nəqliyyatın necə dəyişəcəyinə dair müzakirələrin aktiv aparıldığını bildirdi. Eyni zamanda, AI (süni intellekt) ilə avtomobil biznesində istifadənin böyük potensialını vurğuladı.
Combiz Abdolrahimi, elektrikli avtomobillərin bazarının gələcəkdə sürətlə böyüyəcəyini və özəl şirkətlərin bazar payının artacağını qeyd etdi. O, bu dəyişikliklərin nəqliyyat sektorunda daha geniş imkanlar yaradacağını vurğuladı. Fabio Passaro, nəqliyyatın elektrikləşdirilməsinin qaçılmaz olduğunu qeyd edərək, bu keçidin iqlim dəyişikliyi ilə mübarizədə müsbət əhəmiyyət kəsb etdiyini bildirdi. Panelin növbəti iştirakçısı Aida Bədəlova, Azərbaycan hökümətinin bu məsələyə böyük diqqət yetirdiyini, yeni elektriklə işləyən avtobuslar və avtomobillər ölkəyə gətirildiyini vurğuladı. O, həmçinin, ətraf mühitə minimum zərər vuran nəqliyyat vasitələrinə üstünlük verildiyini və bu sahədə mövcud irəliləyişlərə diqqət çəkdi.
Bundan əlavə, 2022-ci ilin 7 oktyabrında, Avropa Yaxınlıq Alətinin dəstəyi ilə "Azərbaycanın yol təhlükəsizliyinin gücləndirilməsi" mövzusuna yönəlmiş layihəsinin başladığı qeyd edilib. Müzakirələrdə elektrikləşmiş nəqliyyat və yaşıl enerji həllərinin gələcəyi barədə geniş fikir mübadiləsi aparıldı.
Digər xəbərlər