Xəbərlər




23 DEKABR / 2024 / 09:51
Bakı Limanına Azərbaycan Mühəndislər Birliyinin üzvü olan bir qrup gənc səfər edib
Azərbaycan Mühəndislər Birliyi-nə üzv olan bir qrup tələbə Bakı Limanına tanışlıq səfərinə gəlib. Bakı Limanının tarixi, regionun ilk Yaşıl Limanında icra edilən layihələr, və iş prosesi ilə bağlı gənclərə məlumat verilib, onların sualları cavablandırılıb. Səfər çərçivəsində iştirakçılar Bakı Limanının terminallarında, yükaşırma üsulları və müasir texnologiyaların tətbiqi ilə yaxından tanış olublar.
Limanın inkişafı və gələcək planları da qonaqların diqqətini cəlb edib. Bu cür tanışlıq səfərləri tələbələrə logistika və yükaşırma sahəsindəki yeniliklər və praktik təcrübələr barədə geniş informasiya təqdim edir.
Digər xəbərlər

08 DEKABR / 2023 / 09:38
Çin Dəmir Yolları və Siyan Azad Ticarət Limanı nümayəndə heyəti Bakı Limanına səfər edib

16 OKTYABR / 2023 / 13:47
Çinin ən böyük qlobal televiziya şəbəkəsi olan CGTN də Azərbaycanla Çin arasında artan logistika imkanları və Bakı Limanının bu sahədə oynadığı mühüm roldan bəhs edilib