Xəbərlər




23 DEKABR / 2024 / 09:51
Bakı Limanına Azərbaycan Mühəndislər Birliyinin üzvü olan bir qrup gənc səfər edib
Azərbaycan Mühəndislər Birliyi-nə üzv olan bir qrup tələbə Bakı Limanına tanışlıq səfərinə gəlib. Bakı Limanının tarixi, regionun ilk Yaşıl Limanında icra edilən layihələr, və iş prosesi ilə bağlı gənclərə məlumat verilib, onların sualları cavablandırılıb. Səfər çərçivəsində iştirakçılar Bakı Limanının terminallarında, yükaşırma üsulları və müasir texnologiyaların tətbiqi ilə yaxından tanış olublar.
Limanın inkişafı və gələcək planları da qonaqların diqqətini cəlb edib. Bu cür tanışlıq səfərləri tələbələrə logistika və yükaşırma sahəsindəki yeniliklər və praktik təcrübələr barədə geniş informasiya təqdim edir.
Digər xəbərlər

14 OKTYABR / 2024 / 09:59
COP29 ilə bağlı ölkəmizdə olan bir qrup jurnalist Bakı Limanına səfər edib

11 DEKABR / 2024 / 16:16
Bakı Limanı Dünya Bankının AZTAF proqramı tərəfindən təşkil olunan Azərbaycanda Qadınların İş və Karyera İnkişafının Təşviqində Liderlik Nailiyyətləri tədbirində təmsil olunub