Xəbərlər




20 YANVAR / 2025 / 11:45
20 Yanvar Ümumxalq Hüzn Günü ilə bağlı Bakı Limanının əməkdaşları, Şəhid limançıların ailələri ilə birgə Şəhidlərin xatirəsini yad edib
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı Bakı Limanının əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edib. Bir digər qrup əməkdaş isə liman ərazisində Şəhidlərimizin xatirəsinə inşa edilən abidə və park kompleksinə baş çəkib. Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi dərin ehtiramla yad edilib.
Həmçinin Bakı Limanının rəhbərliyi Şəhid olan Liman əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib, Şəhid ailələrinin fikirləri dinlənilib.
Vətən yolunda canını fəda etmiş hər bir Şəhidimizə Uca Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına səbir arzulayırıq!
Digər xəbərlər

15 YANVAR / 2021 / 17:27
Bakı Limanı ilə Antverp Limanı arasında insan kapitalının inkişafına dair Anlaşma Memorandumu imzalanıb

10 FEVRAL / 2021 / 17:20
Bakı limanının Baş direktoru Taleh Ziyadov Kembric Universitetinin Mərkəzi Asiya Forumunda “Regional İnkişaf və Əməkdaşlıq Perspektivləri” mövzusunda onlayn görüşdə iştirak edib