Xəbərlər
21 YANVAR / 2025 / 21:29
Ötən 11 ildə Bakı Limanı vasitəsilə daşınan təkərli texnikanın sayı 128 dəfə artıb
Beləki, təkcə son 11 ildə Bakı Limanı vasitəsi ilə daşınan təkərli texnikaların (TIR) sayı 128 dəfə artıb. 2013-cü ildə Bakı Limanı vasitəsilə daşınan təkərli texnikaların sayı 452 ədəd olduğu halda, 2024-cü ildə bu rəqəm 128 dəfə artaraq 58 169 ədəd olub.
Qeyd edək ki, 2018-ci ildə Cənab Prezident İlham Əliyevin iştirakı ilə Ələt qəsəbəsində Bakı Limanının birinci fazasının açılışı edilib. Regionun ən müasir logistika mərkəzi olan Bakı Limanının birinci fazası çərçivəsində inşa edilən Ro-Ro terminalının illik yükaşırma gücü 1.8 milyon tondur və 2 tənzimlənə bilən körpüdən ibarətdir. Bu körpülər vasitəsi ilə ağırtonnajlı yük avtomobillərinin gəmilərə yüklənilib-boşaldılması prosesi təhlükəsiz və operativ formada icra edilir.