Xəbərlər
30 YANVAR / 2025 / 12:18
Meksika Səfirinin Bakı Limanına səfəri baş tutub
Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero Bakı Limanına səfər edib. Görüş zamanı Bakı Limanı Baş direktoru Taleh Ziyadov, Bakı Limanının Orta Dəhlizdə beynəlxalq ticarət və logistika mərkəzi kimi oynadığı mühüm rolu barədə səfirə məlumat verib. Eyni zamanda, Bakı Limanının həyata keçirdiyi ekoloji təşəbbüslər, yaşıl liman konsepsiyası və limanın ikinci fazası haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, Səfir limanın müasir nəqliyyat infrastrukturu və innovativ texnologiyalarla təchiz olunmuş terminalları və yüksək standartlara uyğun iş prosesi ilə də tanış olub.