Xəbərlər





26 FEVRAL / 2025 / 17:06
Bakı Limanına "COSCO" gəmiçilik şirkətinin rəsmiləri səfər edib
Dünyanın aprıcı konteyner donanmasına sahib olan Çinin "COSCO" gəmiçilik şirkətinin Avropa nümayəndəliyinin rəhbəri Vanq MinqFenq və onu müşayiət edən nümayəndə heyəti fevralın 26-da Bakı Limanına səfər ediblər. Səfər çərçivəsində qonaqlara Bakı Limanının İpək Yolu və qeyri-neft sektorunun inkişafındakı strateji rolu, dayanıqlı logistika həlləri, karbon emissiyasının azaldılması istiqamətində görülən işlər, eləcə də limanın tarixi inkişafı barədə geniş məlumat verilib. Görüş zamanı "COSCO" -nun Orta Dəhlizin konteyner daşımaçılığına töhfəsi də müzakirə edilib.
Nümayəndə heyətinin üzvləri Bakı Limanının infrastruktur layihələri və fəaliyyət prinsipləri ilə yaxından tanış olublar. Limanın müxtəlif terminallarına təşkil olunan ekskursiya çərçivəsində qonaqlara burada həyata keçirilən logistika və yükdaşıma prosesləri, eləcə də tətbiq edilən innovativ həllər barədə ətraflı təqdimat edilib.
Digər xəbərlər

01 IYUN / 2023 / 19:07
Bu gün "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC, "Bakı Gəmiqayırma Zavodu" MMC və Niderlandın "Damen Shipyards Gorinchem B.V." şirkəti arasında üçtərəfli əməkdaşlığa dair saziş imzalanıb

06 FEVRAL / 2021 / 17:22
Bakı Limanında Türkiyədən və Çindən gələn ixrac yükləri aşırılıb