Xəbərlər



10 SENTYABR / 2025 / 17:07
“CRCT Qazaxıstan” beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar
10 sentyabr tarixində AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktoru Eldar Salahov “CRCT Qazaxıstan” (CRCT – Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyasının törəmə müəssisəsi) beynəlxalq logistika şirkətinin baş direktoru Day Hanşenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı ikitərəfli əməkdaşlığı gücləndirmək, potensial əməkdaşlıq sahələrini araşdırmaq və Çinlə Azərbaycan arasında dəmir yolu əlaqələrinin genişləndirilməsi üzrə strateji təşəbbüslər müzakirə olunub.
Həmçinin görüşdə tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, nəqliyyat və logistika sektorlarında qarşılıqlı artım və inkişaf üçün yeni imkanlarının müəyyənləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.
Sonda qonaqlar Bakı Limanının terminalları, texniki imkanları və əməliyyat prosesi ilə tanış olublar.
Digər xəbərlər
04 IYUN / 2024 / 08:53
Bakı Limanı 4-6 iyun tarixlərində Bakı Expo Mərkəzində keçirilən 21-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində iştirak edir
24 YANVAR / 2025 / 17:58
Niderlandın “SWZ Maritime” nəşriyyatı Bakı Limanının sifarişi ilə inşa olunan dibdərinləşdirici gəmi haqqında məqalə yayımlayıb