Xəbərlər



10 SENTYABR / 2025 / 17:57
Almaniya Ticarət Palatasının nümayəndə heyəti Bakı Limanına səfər edib
10 sentyabr tarixində AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktoru Eldar Salahov Almaniyanın UNITRON şirkətinin idarəedici direktoru və hüquqşünası Niko Hans Zibertlə və Ticarət Palatasının nümayəndə heyəti ilə görüşüb.
Səfərin əsas məqsədi Almaniyanın dəniz sənayesində tətbiq olunan qabaqcıl texnologiyaların təqdim edilməsi, bu sahədə fəaliyyət göstərən Azərbaycan şirkətləri ilə, həmçinin Bakı Limanı ilə potensial əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və inkişaf etdirilməsi olub.
Bakı Limanında keçirilən görüş zamanı nümayəndə heyətinə limanın texniki imkanları, inkişaf planları və statistik göstəricilər barədə məlumat təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.
Terminallara baxış zamanı Limanın əməliyyat imkanlarının genişləndirilməsi və bu prosesdə Almaniya şirkətləri ilə mümkün əməkdaşlıq imkanları da müzakirə olunub.
Digər xəbərlər
02 DEKABR / 2022 / 15:07
Bakı Limanı və Avropa İttifaqının (Aİ) birgə təşkilatçığı ilə icra ediləcək “Bakı Limanının Yaşıl Liman Konsepsiyasının həyata keçirilməsinə və əməliyyat imkanlarının gücləndirilməsinə dəstək” adlı layihənin açılış mərasimi keçirilib
30 MAY / 2023 / 11:57
Moskva Dövlət Universitetinin MBA tələbələri Bakı Limanında qonaq olublar