Xəbərlər

22 SENTYABR / 2025 / 14:32
Bakı Limanında təhlükəli yüklər daşıyan TIR-lar üçün müvəqqəti park ərazisi istifadəyə verildi
ADY-nin Bakı Limanının ərazisində sahəsi 32 sot olan müvəqqəti TIR park ərazisi istifadəyə verilib. Bu sahədə təhlükəli yüklər daşıyan ümumilikdə yeddi yük avtomobilinin parklanması mümkündür. Park ərazisində birinci kateqoriyalı təhlükəli yüklər üçün iki, ikinci və üçüncü kateqoriyalı yüklər üçün isə beş parklanma zonası yaradılıb.
Ərazi 24 saat rejimində mühafizə olunur, yanğınsöndürmə kommunikasiya xətləri və hidrantla təchiz edilib. Eyni zamanda burada təhlükəli yüklərin əraziyə dağılması zamanı qabaqlayıcı tədbirlərin görülməsi üçün zəruri vasitələr mövcuddur. Park sahəsi həmçinin təhlükəli yüklərlə davranış qaydalarını əks etdirən müvafiq nişanlarla təmin edilib.
Qeyd edək ki, təhlükəli yüklər üçün müvəqqəti ayrılmış bu sahənin və mövcud infrastrukturun gələcəkdə daha da genişləndirilməsi və inkişaf etdirilməsi nəzərdə tutulur.
Digər xəbərlər
01 IYUN / 2022 / 15:02
Bakı Limanı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü Qaradağ rayonunda yaşayan, o cümlədən şəhid və qazi ailələrinin uşaqları ilə qeyd edib
14 NOYABR / 2024 / 04:52
Bakı Limanının Baş Direktoru Taleh Ziyadov, 14 noyabr 2024-cü ildə COP29-un "Sektor Transformasiyası: Karbonsuz Həllərin Tətbiqinin Təşviqi" mövzusunda sessiyada panel iştirakçısı olaraq çıxış edib