Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Xəbərlər

02 DEKABR / 2022 / 15:07

Bakı Limanı və Avropa İttifaqının (Aİ) birgə təşkilatçığı ilə icra ediləcək “Bakı Limanının Yaşıl Liman Konsepsiyasının həyata keçirilməsinə və əməliyyat imkanlarının gücləndirilməsinə dəstək” adlı layihənin açılış mərasimi keçirilib

Layihənin əsas məqsədi, Şərqlə Qərb arasında körpü rolunu oynayan və mühüm strateji mövqeyə sahib Bakı Limanında liman əməliyyatlarının, Yaşıl Liman siyasətinin tətbiqi imkanlarının, o cümlədən ticarət və investisiya fəaliyyətlərinin gücləndirilməsi, Limanın təlim mərkəzinin inkişaf etdirilməsi ilə region və bütün dəhlizin inkişafına dəstək olmaqdır. 15 ay davam etməsi nəzərdə tutulan tədbir çərçivəsində xüsusi ilə inteqrasiya olunmuş logistik idarəetmə sisteminin inkişafı, Limanın yeni beynəlxalq sertifikatları əldə etməsinə, Avropanın inkişaf etmiş limanları ilə daha sıx qarşılıqlı əlaqənin təmini üçün çalışılacaq. Bütün bu addımların, regional mərkəzi kimi Bakı Limanının inkişafına dəstək olmaqla yanaşı, regiondakı limanların və logistika mərkəzlərinin də inkişafı üçün müsbət zəmin formlaşdıracağı gözlənilir.

 

Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin, İqtisadiyyat nazirinin, Ekologiya və Təbii Sərvətlər nazirinin müavinləri, İnvestisya Holdinqinin və  digər hökumət rəsmiləri, Avropa İttifaqının  Azərbaycandakı səfiri Peter Mixalko, o cümlədən 20 dən çox  Avropa ölkəsinin Azərbaycandakı səfirlərinin iştirak ilə baş tutan tədbirdə, Bakı Limanının Baş direktoru açılış nitqi ilə çıxış edib. Baş direktor, Orta Dəhlizin Avropa və Asiya arasında olduqca mühüm rol oynadığını və bu dəhlizin inkişafının bütün tərəflər üçün faydalı olduğunu qeyd edib. Orta Dəhliz  boyunca yaşıl liman siyasətinin tətbiqinin əhəmiyyətindən danışan Taleh Ziyadov, bu sahədə Bakı Limanının Aİ-nin də dəstəyi ilə böyük yol qət etdiyini, amma gələcək hədəflərin daha böyük olduğunu bildirib. Eyni zamanda tədbirdə çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Aİ-nin bölgəmizin nəqliyyat və logistikasının dəstəklənməsi üçün həyata keçirdiyi bu kimi tədbirlərin ümumilikdə regionun inkişafında mühüm rol oynadığını və bu əməkdaşlığın inkişafının vacib olduğunu bildirib.

 

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov da çıxış zamanı Azərbaycan hökümətinin Avropa İttifaqı ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini və bir çox sahələr üzrə sıx əməkdaşlıq edildiyini bildirib. Ölkəmizdə bütün sahələrdə yaşıl konsepsiyanın tətbiqinə xüsusi əhəmiyyət verildiyini bildirən nazir müavini, bu layihənin də Bakı Limanının dayanıqlı, davamlı və sürətli inkişafında böyük rol oynayacağın kömək olacağını bildirib.   

 

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko isə Azərbaycanın tranzit nəqliyyat dəhlizlərinin  Bakı Limanında həyata keçirilən layihələrin Aİ üçün prioritet olduğunu, bu layihələrin beynəlxalq nəqliyyat dəhlizlərinin gücləndirilməsi ilə Avropa ölkələri ilə bu region arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynadığını qeyd edib. 

 

Qeyd edilib ki, 2016-cı ildən etibarən Aİ-nin dəstəyi ilə Bakı Limanı yaşıl liman əməliyyatları, rəqəmsallaşma və davamlı inkişaf sahəsində 5 TAİEX və 3 uzunmüddətli texniki yardım layihəsini uğurla həyata keçirib. Bu gün açılışı olan layihə isə liman infrastrukturuna, beynəlxalq sertifikatlaşdırma tələblərinə, Rəqəmsal HR Sisteminin işə salınmasına, Bakı Limanı Təlim Mərkəzinin regional mərkəz kimi inkişafına, enerji mənbələrinin və təchizat zəncirinin şaxələndirilməsinə, Yaşıl Liman siyasətinin daha uğurlu icrasına, eyni zamanda Logistika mərkəzi olan Bakı Limanına biznes və investisiya cəlbinə dəstək olunması imkan yaradır.