Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Xəbərlər

24 YANVAR / 2022 / 15:26

Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Bakı Limanına səfər edib

Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədov Ələt qəsəbəsində yerləşən Bakı Limanına gələrək liman rəhbərliyi ilə görüşüb və limanın iş faəliyyəti ilə yaxından tanış olub.

 

Görüşdə, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov limanın ümumi fəaliyyəti ilə bağlı qonağa məlumat verib. Sonra, hər iki qurum arasında olan mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları barədə təqdimatlar təşkil olunub və müzakirələr aparılıb. Daha sonra cənab Arif Məmmədov ayrı-ayrı terminalların iş prinsipi ilə əyani tanış olub və gəmi ilə liman akvatoriyasına səyahət edilib.

 

Səfər çərçivəsində Bakı Limanında xatirə ağacı da əkilib. Bakı Limanının Baş direktoru tərəfindən, qonağa limanın tarixi, bu günü və gələcək planlarından bəhs edən “Bakı Limanı” kitabı da hədiyyə edilib.