Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Xəbərlər

11 DEKABR / 2024 / 15:32

Bakı Limanına Dünya Bankının Nümayəndələri Səfər Edib

11 dekabr tarixində Dünya Bankının nümayəndələri Bakı Limanına səfər ediblər. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dünya Bankı və Bakı Limanı nümayəndələri iştirak etdiyi görüşdə əsas müzakirə mövzularından biri Bakı Limanının 2-ci faza tikintisi olub. Bu fazanın həyata keçirilməsi limanın inkişafı və beynəlxalq ticarət üçün mühüm bir addım olacaq.

 

Qeyd edək ki, Bakı Limanının 2-ci fazası çərçivəsində aparılacaq genişləndirmə işləri nəticəsində limanın yükaşırma potensialı 25 milyon tona, o cümlədən 500 min TEU konteynerə çatacaq. Hazırda beynəlxalq məsləhətçi şirkətlərin cəlb edilməsi ilə limanın 2-ci fazası üzrə texniki-iqtisadi əsaslandırma, master plan və digər işlər aparılır. Qeyd edilən işlərin yekunlaşması və layihənin icrası üçün tələb olunan maliyyə vəsaitlərinin təmin edilməsi ilə yaxın gələcəkdə limanın 2-ci fazası üzrə tikinti işlərinə başlanması planlaşdırılır.

 

Səfər zamanı limanın inkişaf perspektivləri, logistika imkanları və qlobal iqtisadiyyata təsiri də müzakirə edilib. Bu görüş, Azərbaycanın nəqliyyat və ticarət infrastrukturunun gücləndirilməsi baxımından mühümbir mərhələdir.