Xəbərlər
07 DEKABR / 2021 / 12:16
Bakı Limanında media nümayəndələri üçün keçirilən təlim uğurla yekunlaşıb
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, Medianın İnkişafı Agentliyi ilə birgə jurnalistlər üçün “Azərbaycanın Logistika İmkanları. Real vəziyyət və prespektivlər” mövzusunda silsilə təlimə start verib. İnteraktiv formada keçirilən təlimin əsas məqsədi ölkəmizdə sahəvi jurnalistikanı inkişaf etdirmək, media təmsilçilərinin bu sahədə daha dolğun məlumatlanmasını təmin etməkdir. Bakı Limanında təşkil olunan ilk təlimdən əvvəl jurnalistlər ölkəmizin logistika mərkəzi olan limanın texniki imkanları, “Əsas yük terminalı”, “Ro-ro” və “Bərə” terminallarının fəaliyyəti ilə tanış olub, yük aşırma prosesini yerində izləyiblər. Təlim müddətində jurnalistlərə Bakı Limanının peşəkar mütəxəssisləri tərəfindən qitələri birləşdirən əsas nəqliyyat dəhlizləri barədə məlumat verilib, Avropa ilə Asiyanı birləşdirən “Orta Dəhliz”-in əhəmiyyəti və onun alternativləri ilə müqayisəsi təqdim edilib.
Eyni zamanda iştirakçılara, “Zəngəzur dəhlizi”-nin ölkəmizdən tranzit keçməklə daşınacaq yükün həcminə təsiri, bu dəhlizin istifadəyə verilməsi ilə birlikdə “Orta Dəhliz”-in əldə edəcəyi üstünlüklər barədə məlumat verilib, onların sualları cavablandırılıb. Bununla yanaşı media nümayəndələri Bakı Limanında tətbiq edilən müasir elektron sistemlər və bu yeniliklərin yükaşırmaya təsiri barədə də məlumatlandırılıblar. Sonda təlim iştirakçıları ilə xatirə şəkili çəkidirilib.
Digər xəbərlər
25 IYUN / 2024 / 15:07
Braziliyanın Hakim Əmək Partiyasının xarici əlaqələr üzrə katibi Romeniyo Pereyra Bakı Limanına səfər edib
16 OKTYABR / 2023 / 13:47
Çinin ən böyük qlobal televiziya şəbəkəsi olan CGTN də Azərbaycanla Çin arasında artan logistika imkanları və Bakı Limanının bu sahədə oynadığı mühüm roldan bəhs edilib