Xəbərlər








08 NOYABR / 2022 / 22:50
8 Noyabr Zəfər Günü Bakı Limanında qeyd olunub
8 Noyabr Zəfər Günü ərəfəsində Bakı Limanında şəhid ailələri və qazilərlə görüş keçirilib Bakı Limanının rəhbərliyi və kollektivi şəhid olan liman əməkdaşlarının ailələri və limanda çalısan Vətən müharibəsi iştirakçıları ilə görüşüb.
Bakı Limanında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə şəhid olan qəhramanlarımızın əziz xatirəsi ehtiramla anılıb.
Bakı Limanın rəhbərliyi və kollektivi şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün ötən il Zəfər günü ərəfəsində açılan parka gedərək orada ucaldılan abidə kompleksini ziyarət ediblər. Daha sonra şəhid ailələri və qazilər ilə səmimi söhbət aparılıb, onların Zəfər günü təbrik olunub, fikirləri dinlənilib.
Allahdan bütün şəhidlərimizə rəhmət və qazilərə can sağlığı diləyirik.
Digər xəbərlər
16 OKTYABR / 2023 / 13:47
Çinin ən böyük qlobal televiziya şəbəkəsi olan CGTN də Azərbaycanla Çin arasında artan logistika imkanları və Bakı Limanının bu sahədə oynadığı mühüm roldan bəhs edilib
18 DEKABR / 2024 / 16:38
Bakı Limanında Ələt məktəbliləri üçün Robotik, Kodlama və STEAM Kursu olan “Roboport”-un yeni qrup dərslərinə başlanılıb