Xəbərlər
11 OKTYABR / 2023 / 13:47
Bakı Limanı BMT-nin “Birləşən Biznes Avropa” konfransında təmsil olunub
Bakı Limanı Tbilisidə BMT-nin Qlobal Sazişi tərəfindən təşkil olunan "Birləşən Biznes Avropa" konfransında təmsil olunub. 9 oktyabrda baş tutan tədbirdə 30 Avropa ölkəsinin hökumət, biznes və davamlılıq sektorlarını təmsil edən 250-dən çox nümayəndəsi iştirak edib. Konfransda dayanıqlı gələcək üçün Davamlı İnkişaf Məqsədləri (DİM) və qlobal tendensiyaların irəliləyişində özəl sektorun rolu müzakirə edilib.
Qeyd edək ki, Bakı Limanı Azərbaycanda 2 avqust 2022-cü il tarixində BMT Qlobal Sazişinə qoşulan ilk dövlət təşkilatı olub. Limanın bu sazişə qoşulmaqla BMT sistemi tərəfindən təsdiq edilmiş 17 DİM-dən 11-nə nail töhvə verməyə dair öhdəlik götürüb.