Xəbərlər

20 OKTYABR / 2023 / 13:49
Bu ilin 18-19 oktyabr tarixlərində Bakı Limanının əməliyyatlar üzrə baş inzibatçısı Yucin Seah Amsterdam Limanına və TMA Logistics Şirkətinin Amsterdam terminalına səfər edib.
Səfərin məqsədi Ro-Ro, Bərə və Əsas Yük Terminalının əməliyyatları ilə tanışlıq, həmçinin dayanıqlı inkişaf və rəqəmsallaşma sahəsində təcrübə mübadiləsi aparmaq idi. Səfər zamanı Yucin Seah Amsterdam Limanının regional meneceri Maurice Delattre və TMA Logistics şirkətinin satış üzrə meneceri Edo Balsink ilə görüş keçirib.
Qeyd edək ki, Amsterdam Limanı Avropanın ən böyük limanlarından biridir. Həmçinin beynəlxalq nəqliyyat qovşağında mühüm strateji mövqeyə sahibdir, Avropanın qlobal ticarət və logistika zəncirinin əsas mərkəzidir.
TMA Logistics şirkəti isə Avropada aparıcı logistika şirkətlərindəndir. Şirkətin Amsterdam, Velsen, Beverveyk və Harlingendə böyük terminalları yerləşir və burada avtomobillər, kənd təsərrüfatı məhsulları daxil olmaqla müxtəlif növ yüklərin daşınmasını həyata keçirir.
Digər xəbərlər

16 OKTYABR / 2023 / 13:47
Çinin ən böyük qlobal televiziya şəbəkəsi olan CGTN də Azərbaycanla Çin arasında artan logistika imkanları və Bakı Limanının bu sahədə oynadığı mühüm roldan bəhs edilib

10 DEKABR / 2020 / 17:32
Türkiyədən Çinə ixrac yükləri daşıyan ilk konteyner qatarı 10 dekabr tarixində Bakı Limanına çatıb