Xəbərlər

28 OKTYABR / 2023 / 13:53
QDİƏT URTA Baş Assambleyasının 42-ci iclasının iştirakçıları Bakı Limanına səfər edib
Bu gün Bakıda keçirilən QDİƏT URTA (Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiyası) Baş Assambleyasının 42-ci iclasının iştirakçıları Bakı Limanına səfər edib. Nümayəndə heyətinə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının prezidenti cənab Həbib Həsənov və Ümumdünya Nəqliyyat Yolları Təşkilatının baş katibi cənab Umberto Depretto rəhbərlik edib.
Əsas məqsədi Bakı Limanın avtomobil daşımalarındakı əhəmiyyətini və perspektivləri nəzərdən keçirmək olan səfər çərçivəsində qonaqlarla Limanının Əməliyyatlar üzrə baş inzibatçısı Yucin Seah görüşüb. O, Bakı Limanında əməliyyatların icrasında operativliyin artırılması üçün tətbiq edilən yeniliklər, yaşıl logistik habın icrası üçün atılan addımlar, infrastruktur layihələri haqqında iştirakçılara məlumat verib.
Nümayəndə heyəti Bakı Limanında yüklərin daşınması imkanlarını və terminallardakı iş prosesini də birbaşa müşahidə ediblər.
Digər xəbərlər

07 MART / 2023 / 15:06
“8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə Bakı Limanının Liman İncəsənət Mərkəzi tərəfindən “Bilinməyən Qəhrəmanlar” adlı foto sərgi təşkil olunub

11 DEKABR / 2024 / 16:16
Bakı Limanı Dünya Bankının AZTAF proqramı tərəfindən təşkil olunan Azərbaycanda Qadınların İş və Karyera İnkişafının Təşviqində Liderlik Nailiyyətləri tədbirində təmsil olunub