Xəbərlər



06 NOYABR / 2023 / 15:45
Koreyalı gənclər Bakı Limanına səfər edib, ağac əkdilər
Bu gün Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan və Koreya mübadilə proqramının iştirakçısı olan bir qrup Koreyalı gənc Bakı Limanına səfər edib.
Səfər zamanı gənclərə Bakı Limanının tarixi, infrastrukturu, Bakı Limanı ilə Koreyanın Busan Limanı arasında əməkdaşlıq haqqında məlumat verilib. Eyni zamanda qonaqlar, terminallarda gedən iş prosesi ilə də tanış olublar. Koryalı gənclərə Yaşıl liman konsepsiyası, sosial məsuliyyət tədbirləri nəticəsində görülən işlər barədə də informasiya verilib.
Səfərin sonunda iştirakçılar Bakı Limanı ərazisində təşkil edilən ağac əkmə aksiyasında iştirak edib, xatirə ağacı da əkiblər.
Digər xəbərlər

15 NOYABR / 2024 / 08:17
COP 29 çərçivəsində Bakı Limanı və Malaziyanın “Tiza Green Energy” şirkəti Azərbaycanın günəş enerjisi ilə BESS sisteminin inteqrasiya olunduğu ilk layihəyə start verib

09 IYUN / 2023 / 09:16
“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Könüllü Təşkilatları İttifaqında təmsil olunan bir qrup gənc Bakı Limanına səfər edib