Xəbərlər

19 DEKABR / 2024 / 15:51
2024-cü il noyabrın 11-22-də Bakı şəhərində keçirilmiş COP29-da fəal iştirak edən və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən təltif olunmuş liman əməkdaşlarına təşəkkürnamələr təqdim edilib
Bu əlamətdar an, ölkəmizin qlobal iqlim siyasətindəki rolu və Bakı Limanının beynəlxalq əməkdaşlıq sahəsindəki fəallığını bir daha vurğuladı. Baş direktor Taleh Ziyadov COP29-da Bakı Limanının fəal iştirakını və bir sıra mühüm təşəbbüslərini qeyd etdi. COP29 çərçivəsində Bakı Limanı və Malaziyanın “Tiza Green Energy” şirkəti tərəfindən Azərbaycanın günəş enerjisi ilə BESS (Battery Energy Storage System) sisteminin inteqrasiya olunduğu ilk layihəyə start verildiyini bildirdi.
Eyni zamanda, COP29 çərçivəsində Bakı Limanında Azərbaycan, Qazaxıstan və Çinin iştirakı ilə inşa ediləcək İntermodal Yük Terminalı və Xəzər İqlim və Dayanıqlılıq Mərkəzinin yaradılmasının əhəmiyyətini xüsusi olaraq vurğuladı.
Əməkdaşlarımıza göstərdiyi diqqətə görə Cənab Prezident İlham Əliyevə Bakı Limanı adından təşəkkür edirik.
Digər xəbərlər

14 NOYABR / 2024 / 04:52
Bakı Limanının Baş Direktoru Taleh Ziyadov, 14 noyabr 2024-cü ildə COP29-un "Sektor Transformasiyası: Karbonsuz Həllərin Tətbiqinin Təşviqi" mövzusunda sessiyada panel iştirakçısı olaraq çıxış edib

13 MART / 2024 / 09:31
Yel çərşənbəsi ilə bağlı Ələt Eko parkında ağacəkmə aksiyası və şənlik təşkil olunub