Xəbərlər
17 NOYABR / 2023 / 15:29
Bugün Dünya Ağıllı Davamlı Şəhərlər Təşkilatının (WeGo) təhsil proqramı çərçivəsində ADA Universitetinin tələləbəri Bakı Limanına səfər edib
Dünya Ağıllı Davamlı Şəhərlər Təşkilatının (WeGo) təhsil proqramı çərçivəsində ADA Universitetinin 20 tələbəsi Bakı Limanına səfər edib. Cenevrə Universitetindən Aleksandre Hedjazi və ADA Universitetindən Anar Vəliyevin rəhbərlik etdiyi səfərin məqsədi regionun ilk "Yaşıl Limanı" statusu alan Bakı Limanında həyata keçirilən davamlılıq və yaşıl strategiyaları barədə tələbələri məlumatlandırmaq olub. Qonaqlar limanın imkanları və əməliyyat prosesləri ilə tanış olub , onların sualları cavablandırılıb.
Eyni zamanda səfər iştirakçılarına Limanın fəaliyyətində mənfi ekoloji təsirlərin azaldılması təcrübələri və Yaşıl Liman obyektləri haqqında məlumat verilib.
Digər xəbərlər