Xəbərlər
15 DEKABR / 2023 / 10:57
Bakı Limanında daha bir kütləvi ağacəkmə aksiyası keçirilib
“Heydər Əliyev İli” çərçivəsində Bakı Limanında “Yaşıl Liman” adlı növbəti kütləvi ağacəkmə aksiyası baş tutub. Bakı Limanının Baş direktoru Taleh Ziyadov, Albayrak İnşaat şirkətinin rəhbəri Yunus Yılmaz və liman əməkdaşlarının iştirak etdiyi aksiya çərçivəsində hər bir şəxs, ərazinin torpaq-iqlim şəraitinə uyğun olan ağaclar əkib və ekoloji təmiz materialdan öz adına hazırlanan kiçik tablonu ağacın üzərinə bərkidib. Limanın bütün əməkdaşlarının cəlb edildiyi ekoloji aksiyanın əsas məqsədi ətraf mühitin qorunmasını təşviq etmək və onun inkişafına nail olmaqdır.
Qeyd edək ki, regionda ilk dəfə 2019-cu ildə Avropa Dəniz Limanları Təşkilatının, Liman Ətraf Mühitin Təhlili Sistemi(PERS)- “EcoPorts” sertifikatına layiq görülən Bakı Limanı ətraf mühitin mühafizəsinə hər zaman böyük diqqət ayırır.
Digər xəbərlər
18 IYUL / 2021 / 12:37
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə Bakı Limanının imkanları barədə təqdimat olunubdur
10 FEVRAL / 2021 / 17:20
Bakı limanının Baş direktoru Taleh Ziyadov Kembric Universitetinin Mərkəzi Asiya Forumunda “Regional İnkişaf və Əməkdaşlıq Perspektivləri” mövzusunda onlayn görüşdə iştirak edib