Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Xəbərlər

08 DEKABR / 2023 / 09:38

Çin Dəmir Yolları və Siyan Azad Ticarət Limanı nümayəndə heyəti Bakı Limanına səfər edib

Çin Dəmir Yolları və Orta Dəhliz ilə daşınan yüklər üzrə əsas logistika mərkəzlərindən həmçinin, Bakı limanının əsas partnyorlarından biri olan Siyan Azad Ticarət Limanının nümayəndə heyəti ilə Bakı Limanında görüş keçirilib. Çin Dəmir Yollarının Karqo departamentinin direktor müavini Huang Xin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı Bakı Limanının infrastruktur imkanları, icra edilən və prespektiv əməkdaşlıq layihələri, cəlb edilən yük həcminin artırılması üçün tətbiq ediləcək logistik həllər haqqında fikir mübadiləsi aparılıb. 

 

Eyni zamanda görüşdə, Bakı Limanının tikintisinin ikinci fazasının icrası ilə limanın infrastruktur imkanlarının daha da genişlənəcəyi, bu amilin də daha böyük yük həcminin cəlbi üçün müsbət zəmin formaldaşdığı diqqətə çatdırılıb.            
                                                                                   

Səfər iştirakçıları Bakı Limanının terminallarına da səfər edərək iş prosesini də müşahidə ediblər.