Xəbərlər


11 YANVAR / 2024 / 14:44
Çindən yola salınan növbəti blok qatar ötən gecə Bakı Limanına çatıb
Çinin Sian şəhərindən göndərilən növbəti blok qatar ötən gecə Bakı Limanına çatdırılıb. 55 ədəd 40 futluq konteynerdən ibarət olan blok qatardakı yükün əsas hissəsini minik maşınları, plastik məhsullar, optik kabellər, parça və digər qeyri qida məhsulları təşkil edib.
İdxal üçün nəzərdə tutulan və Qazaxıstanın Aktau limanından “Berkut” fider gəmisi (konteynerdaşıyan) vasitəsi ilə gətirilən yüklər Bakı Limanında operativ formada boşaldılaraq vaqonlara yüklənib və təyinatı üzrə yola salınıb.
Qeyd edək ki, yaxın günlərdə Çində formalaşdırılan bir neçə blok qatarın da Azərbaycanın idxalı və tranzit keçməklə qərb istiqamətinə daşınması nəzərdə tutulur.
Digər xəbərlər
19 APREL / 2021 / 17:14
2021-ci ilin ilk rübündə Bakı Limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətdə 17%-ə yaxın artıb
16 DEKABR / 2022 / 15:22
Bakı Limanı və Azərbaycan Badminton Federasiyasının (ABF) birgə təşkilatçılığı ilə Ələt qəsəbəsində məktəblilər arasında əyləncəli badminton tədbiri təşkil olunub