Xəbərlər



26 YANVAR / 2024 / 11:17
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiyasiyasının işçi qrupunun növbəti ümumi yığıncağı Türkiyədə keçirilib
Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən toplantıda, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə əldə edilən nəticələr və gələcək inkişaf mərhələsi müzakirə edilib. Eyni zamanda iclasda 2023-cü il üzrə hesabat təqdim edilib və qeyd edilib ki, ötən il bu marşurut vasitəsi ilə 2.7 milyon ton yük aşırılıb ki, bu da 2022-ci illə müqayisədə 86%-lik artım deməkdir.
Bakı Limanının rəhbərliyinin də iştirak etdiyi toplantının üzvləri, Assosiasiya Şurasının yeni tərkibini, həmçinin 2024-cü il üçün TBNM marşrutu üzrə proqnoz edilən yükdaşımaların həcminə dair planı təsdiqləyiblər. Həmçinin iclasda bu marşurutun rəqəmsallaşdırılması ilə bağlı cari məsələlər, daşımaların inkişafının təşkili üçün qarşılıqlı əməkdaşlığın genişləndirilməsi kimi mövzular müzakirə edilib.
Digər xəbərlər

14 IYUN / 2024 / 17:01
Bakı Limanı üçün tikiləcək “Mühəndis Soltan Kazımov” adına dibdərinləşdirən gəminin Bakı Gəmiqayırma Zavodunda ilk polad lövhəsinin kəsilmə mərasimi baş tutub

01 DEKABR / 2020 / 17:37
Prezident İlham Əliyev Laçının işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib