Xəbərlər
16 APREL / 2024 / 17:40
Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Səfir Terhi Hakalanın rəhbərlik etdiyi Avropa İttifaqının nümayəndə heyəti Bakı Limanına səfər edib
Səfir Terhi Hakala və onun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Limanının Baş direktoru Taleh Ziyadovla və Azərbaycanın Belçikadakı Səfiri Vaqif Sadıqovla Ələtdə Bakı Limanında görüşüb. Keçirilən görüş zamanı Bakı Limanın regional dayanıqlı iqtisadi inkişafın gücləndirilməsində önəmli rolu, Orta Dəhliz boyunca Bakı Limanının Avropa və Asiyanın qlobal əlaqələndirilməsində strateji əhəmiyyəti və Yaşıl liman sahəsində mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə olunub.
Görüş həmçinin limanın 2035-ci il sıfır emissiya planına əsasən Ətraf mühit, sosial və idarəetmə strategiyasının gücləndirilməsi, yaşıl liman fəaliyyətlərinin inkişafında dövlət özəl tərəfdaşlığı və dayanıqlı inkişaf sahəsində limanın apardığı layihələrin müzakirəsi üçün də imkan yaradıb.
Qeyd edək ki, Bakı Limanı 2016-ci ildən etibarən Avropa İttifaqı ilə əməkdaşlıq edir indiyədək Yaşıl liman, rəqəmsallaşma və liman əməliyyatlarının səmərəliyinin gücləndirilməsi sahəsində müxtəlif birgə layihələr icra olunub.
Digər xəbərlər
16 OKTYABR / 2023 / 13:47
Çinin ən böyük qlobal televiziya şəbəkəsi olan CGTN də Azərbaycanla Çin arasında artan logistika imkanları və Bakı Limanının bu sahədə oynadığı mühüm roldan bəhs edilib
29 SENTYABR / 2023 / 16:22
Aktauda Transxəzər Beynəlxalq Nəqliyyat Marşurutunun inkişafı üzrə işçi qrupun növbəti toplantısı keçirilib