Xəbərlər
16 MAY / 2024 / 15:35
Trieste Limanının yüksək səviyyəli nümayəndə heyəti Bakı Limanına səfər edib
Bakı Limanına Trieste limanının prezidenti Zeno D’Agostino rəhbərlik etdiyi nümayəndə heyəti səfər edib. Görüşdə Bakı Limanının Orta Dəhlizdəki rolu, limanın infrastrukturu, Karbon emissiyasının 2035-ci ilədək sıfıra endirilməsi istiqamətində görülən tədbirlər, Yaşıl Liman konsepsiyası və regiondakı yeni imkanlar barədə məlumat verilib, qonaqların sualları cavablandırılıb.
Müzakirə olunan mövzulardan biri də növbəti potensial əməkdaşlığın müxtəlif istiqamətləri olub.
Qeyd edək ki, Bakı Limanı İtaliyanın Trieste və Qenuya limanları ilə 2020-ci ildə Romada keçirilən Azərbaycan-İtaliya biznes forumu çərçivəsində Anlaşma Memorandumu imzalanıb.Məlumat üçün bildirək ki, Trieste limanı illik 70 milyon tona yaxın yük dövriyyəsi ilə İtaliyanın ən böyük limanı, Qenuya limanı isə ən qədim limanlarından biridir.