Xəbərlər
17 MAY / 2024 / 15:16
COP29 Dayanıqlı Biznes Forumunda Bakı Limanının ekoloji layihələrinə dair təqdimatla çıxış olunub
Bu gün COP29 Dayanıqlı Biznes Forumunda Bakı Limanının ekoloji layihələri habelə, 2035-ci ilə qədər karbon qazı emissiyasının sıfıra endirilməsi strategiyası mövzusunda təqdimatla çıxış olunub. Tədimatda , Limanın 2018-ci ildə qəbul edilmiş 2035-ci ilə qədər xalis sıfır emissiyaya nail olmaq üzrə strategiyasını təqdim olunub. Çıxış zamanı əsas toxunulan mövzulardan biri də limanın regionda ilk yaşıl liman və Azərbaycandan BMT Qlobal Sazişinə qoşulan qurum olması olmuşdur.
Bakı Limanının Baş direktoru Taleh Ziyadov, liman əməliyyatlarında karbon emissiyalarının sıfıra endirilməsi və onların hesablanma strategiyalarından da söz açıb. O, Limanın yaşıl strategiyası, davamlılıq üzrə nailiyyətləri və layihələri, ətraf mühit, sosial sahə, korporativ idarəetmə (ESG) strategiyasını da qeyd edib.
Digər xəbərlər