Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Xəbərlər

10 IYUN / 2024 / 12:17

Bakıda COP29 ərəfəsində Xəzərin Mavi Üfüqlərinin ilk seminarı keçirilir

Bakı, Azərbaycan – 10 iyun 2024-cü il – “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı), ADA Universiteti və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi 1-ci Xəzər Mavi Üfüqlər Seminarının birgə keçirilməsini elan edir. Azərbaycanın İsveçrədəki səfirliyi tərəfindən dəstəklənən bu təşəbbüs Xəzər dənizi regionunda ekoloji problemlərin həlli üçün qlobal miqyasda maraqlı tərəfləri bir araya gətirmək məqsədi daşıyır.

 

10-11 iyun 2024-cü il tarixlərində ADA Universitetində başlayan ilk seminar 2024-cü ilin noyabrında baş tutacaq COP29 Azərbaycanda keçirilməsindən əvvəl müzakirələrin başlanğıcını qeyd edir və onun əhəmiyyətini və beynəlxalq iqlim məqsədlərinə uyğunluğunu vurğulayır. Tam olaraq tədqiq edilməmiş Xəzər dənizinin dayanıqlığının və davamlılığının artırılmasına əsas diqqət yetirməklə, bu tədbir davamlı inkişaf və ətraf mühitə nəzarət prinsiplərini vurğulayaraq elm adamları, siyasətçilər və sənaye liderləri arasında sahələrarası əməkdaşlıq üçün mühüm platforma rolunu oynayır.

 

Tədbirin açılışında Azərbaycan Respublikasının Ekologiya və təbii sərvətlər naziri və COP29-un Prezidenti Muxtar Babayevin çıxış edərək, Azərbaycanın ətraf mühitin dayanıqlılığı, iqlimə dəyişikliyinə qarşı apardığı fəaliyyətlər və qlobal əlaqələrin gücləndirilməsi ilə bağlı strateji baxışını vurğuladı. Eyni zamanda, Bakı Limanının Baş Direktoru Taleh Ziyadov, Azərbaycan Respublikasının Milli Məclisinin üzvü və COP29 Çempionu Nigar Arpadarai və Azərbaycan Respublikasının Energetika Nazirinin müavini və COP29-un Baş icraçı direktoru Elnur Soltanov da açılış nitqləri ilə çıxış etdilər.

 

12 ölkənin 15 aparıcı universiteti və akademik qurumlarından 30-dan çox görkəmli alim və tədqiqatçı də daxil olmaqla 100-ə yaxın iştirakçı tədbirin müxtəlif tematik panellərində iştirak edəcək. Bundan başqa, seminar yüksək səviyyəli dövlət rəsmiləri, diplomatik qurumların rəhbərləri, özəl sektor rəhbərləri, beynəlxalq və mülki təşkilatların nümayəndələri iştirak edəcək.

 

Bakıda baş verən bu əhəmiyyətli seminarın davamı olaraq, 2024-cü ilin sentyabrında İsveçrədə keçiriləcək 2-ci seminar planlanır. Bu seminarlar silsiləsi Azərbaycanın Xəzər dənizinin və onunla əlaqəli regionun öyrənilməsində beynəlxalq əməkdaşlığın təşviqinə sadiqliyini vurğulayır və daha yaxşı sabaha işıq saçacaq.