Xəbərlər
13 IYUL / 2024 / 15:40
ATƏT-in Baş katibi Helqa Mariya Şmid Bakı Limanına səfər edib
(13 iyul 2024-cü il - Bakı) Bu gün ATƏT-in Baş katibi Helqa Mariya Şmidin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Limanına səfər edib. Tədbirdə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli də iştirak edib. Nümayəndə heyətini Bakı Limanının Baş direktoru Taleh Ziyadov qarşılayıb.
Görüş zamanı Azərbaycanın qovşaq konsepsiyası, eləcə də Orta Dəhlizin yaşıllaşdırılmasına yönəlmiş ATƏT ilə əvvəlki birgə regional layihələr ətrafında müzakirələr aparılıb. Söhbət zamanı bu layihələrin Xəzər regionunda gələcək davamlılığına da toxunulub. Tərəflər Bakı Limanının yükaşırma qabiliyyətini genişləndirmək, ESG təşəbbüsləri və Orta Dəhlizdə təchizat zənciri prosedurlarını inkişaf etdirmək yolları barədə müzakirə ediblər.
Bundan əlavə, Bakı Limanında bu yaxınlarda yaradılmış regional Xəzər Data və Monitorinq mərkəzinin əhəmiyyəti barədə qonağa məlumat verilib. Tərəflər mərkəzin Xəzər regionunda biomüxtəlifliyin və davamlılığın təşviqində rolunu, həmçinin Avropa ilə əlaqələrinin gücləndirilməsini və 2050-ci ilə qədər karbon emissiyalarının azaldılması üzrə qlobal təşəbbüslərin dəstəklənməsinə verdiyi töhfəni əhəmiyyətindən bəhs ediblər.
Digər xəbərlər