Xəbərlər


30 SENTYABR / 2024 / 12:39
Bakı İqlim Fəaliyyəti Həftəsində Bakı Limanı da təmsil olunur
30 sentyabr-4 oktyabr tarixləri arasında keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsində Bakı Limanı da iştirak edir. Tədbirin ilk günündə keçirilən panel müzakirəsindən iştirak edən Bakı Limanının Baş direktoru Taleh Ziyadov regionun ilk “Yaşıl Liman”-ı olan Bakı Limanının ətrafında formalaşdırılması nəzərdə 5 ulduzlu yaşıl logistika və yaşayış mərkəzi haqqında məlumat verib. Azərbaycandan keçməklə Asiya və Avropanı birləşdirən Orta Dəhlizin yaşıl dəhlizə çevrilməsinin mühüm olduğunu qeyd edin.
Qeyd edək ki, Bakı İqlim Fəaliyyəti Həftəsi siyasət, özəl sektor, maliyyə, ticarət və investisiya, elm və akademiya, incəsənət və mədəniyyət, vətəndaş cəmiyyəti və media kimi əsas maraqlı tərəfləri bir araya gətirir.
Digər xəbərlər

19 NOYABR / 2021 / 12:25
Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş direktorluğunun bölmə rəhbəri David Kullenin başçılıq etdiyi nümayəndə heyəti Bakı Limanında olub

03 OKTYABR / 2024 / 16:58
Bakı Limanı ilk dəfə olaraq risklərin idarə edilməsi üzrə İSO 31000:2018 sertifikatını əldə edib