Xəbərlər
08 IYUN / 2024 / 10:27
Bakıda “Yaşıl nəqliyyatla, yaşıl limana səfər” adlı veloyürüş keçirilib
8 iyun tarixində paytaxtda Bakı Limanının təşkilatçılığı, COP29 Əməliyyat Şirkətinin dəstəyi ilə “Yaşıl nəqliyyatla, yaşıl limana səfər” adlı veloyürüş keçirilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən veloyürüşün əsas məqsədi cari ilin 11-22 noyabr tarixlərində Azərbaycanda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ərəfəsində ölkəmizin dayanıqlılıq təşəbbüslərinə ekoloji maarifləndirmə ilə əlavə töhfə vermək, o cümlədən karbon ayaq izinin azaldılması üçün yaşıl nəqliyyatdan istifadə, ətraf mühitin mühafizəsi, eyni zamanda sağlam həyat tərzinin təşviq və təbliğidir.
Həvəskar velosipedçilərin qatıldığı veloyürüşün start nöqtəsi paytaxtın mərkəzində yerləşən tarixi Dəniz Vağzalı kompleksinin qarşısı olub. 36 velosipedçinin iştirak etdiyi 70 kilometrlik yürüş, Ələt qəsəbəsində yerləşən regionun ən müasir və ilk Yaşıl Liman kompeksi olan Bakı Limanının ərazisində başa çatıb.
COP29-un əsas məqsədlərindən olan qlobal istiləşməni 1,5°C səviyyəsində saxlamaq öhdəliyinin həyata keçirilməsi yolunda ölkədə dayanıqlı investisiya və təşviqlərin edilməsi, bu istiqamətdə çevik fəaliyyəti təmin etmək zərurəti çərçivəsində bu cür təşəbbüslərin rolu böyükdür.
Digər xəbərlər
14 IYUN / 2024 / 17:01
Bakı Limanı üçün tikiləcək “Mühəndis Soltan Kazımov” adına dibdərinləşdirən gəminin Bakı Gəmiqayırma Zavodunda ilk polad lövhəsinin kəsilmə mərasimi baş tutub
05 DEKABR / 2023 / 09:16
Dəniz Vağzalında SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalı çərçivəsində Hackathon üzrə yarış keçirilir