Xəbərlər
21 OKTYABR / 2024 / 16:12
İsveçrədə Bakı Limanının dəstəyi ilə "Xəzərin Mavi Üfüqləri" adlı ikinci seminar keçirilib
Bakı Limanı tərəfindən, "Xəzərin Mavi Üfüqləri" adlı ikinci seminar İsveçrənin Bern şəhərində təşkil olunub. Azərbaycan Respublikasının İsveçrə və Lixtenşteyndəki səfirliyi və “SOCAR Trading”-in sponsorluğu ilə həyata keçirilən bu tədbir İsveçrə, İtaliya və Azərbaycandan gələn aparıcı ətraf mühit ekspertlərini bir araya toplayıb.
Seminarın məqsədi, Xəzər Dənizi hövzəsində iqlim dayanıqlığını artırmaq və məlumat əsaslı dayanıqlılıq strategiyasını inkişaf etdirməkdir. Seminarda, birgə akvakultura və ekosistem dayanıqlığı kimi vacib mövzular və bu mövzularda Bakı Limanının həssas yanaşması da vurğulanıb.
Seminarda, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı və Lixtenşteyn Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov, Bakı Limanını təmsil edən ətraf mühitin mühafizəsi üzrə ekspert Elnur Səfərov, “Azerbaijan Fish Farm“ LLC-dən Elşad Rzayev həmçinin Boloniya Universiteti, İsveçrə Federal Texnologiya İnstitutundan professorlar və bu sahə üzrə ekspertlər iştirak edib.
Qeyd edək ki, ilk seminar 10-11 iyun tarixində ADA universitetində baş tutub. İki gün davam edən seminarda 12 ölkənin 15 aparıcı universiteti və akademik qurumlarından 30-dan çox görkəmli alim və tədqiqatçı də daxil olmaqla 100-ə yaxın iştirakçı müxtəlif tematik panellərində iştirak edib. İştirakçilar arasında COP29-un prezidenti Muxtar Babayev, Bakı Limanı Baş direktoru Taleh Ziyadov, COP29-un BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai və sair kimi şəxslər təmsil olunub.
Digər xəbərlər
18 IYUL / 2021 / 12:37
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə Bakı Limanının imkanları barədə təqdimat olunubdur
17 NOYABR / 2024 / 08:26
COP29 çərçivəsində "Elektrikləşdirilmiş Nəqliyyat - Təmiz Hərəkətlilik üçün Növbəti Nəsil Texnologiya və Enerji Həlləri " adlı panel müzakirə həyata keçirilmişdir