Xəbərlər


14 NOYABR / 2024 / 04:52
Bakı Limanının Baş Direktoru Taleh Ziyadov, 14 noyabr 2024-cü ildə COP29-un "Sektor Transformasiyası: Karbonsuz Həllərin Tətbiqinin Təşviqi" mövzusunda sessiyada panel iştirakçısı olaraq çıxış edib
Bu panel, Biznes, İnvestisiya və Xeyriyyəçilik İqlim Platforması (BIPCP), Dayanıqlı İnkişaf Üçün Dünya Biznes Şurası (WBCSD), Dayanıqlı Bazarlara Keçid Təşəbbüsü (SMI) və Qlazqo Net Sıfır Üçün Maliyyə Alyansı (GFANZ) ilə birgə təşkil edilib. Adı çəkilən tədbir, iş dünyası, investisiya və xeyriyyəçilik sahələrindən qlobal liderləri bir araya gətirərək, yüksək emissiya verən sənayeləri net sıfır emissiyaya keçirmək üçün vacib strategiyaları müzakirə etməyə imkan yaradıb.
Baş direktor Taleh Ziyadov, Bakı Limanının Orta Dəhliz boyunca yaşıl təşəbbüslərin rolunu vurğuladı. O, ictimai-özəl tərəfdaşlıqların, innovativ iqlim həllərinin və infrastruktur investisiyalarının nəqliyyat sektorunun dayanıqlı bir gələcək üçün transformasiyasının açarları olduğunu qeyd etdi.
Digər xəbərlər

05 APREL / 2024 / 11:40
Bakı Limanında Ələt qəsəbəsində yaşayan və limanın Şəhid ailələri, qaziləri üçün iftar süfrəsi təşkil olunub

16 DEKABR / 2022 / 15:22
Bakı Limanı və Azərbaycan Badminton Federasiyasının (ABF) birgə təşkilatçılığı ilə Ələt qəsəbəsində məktəblilər arasında əyləncəli badminton tədbiri təşkil olunub