Xəbərlər







16 NOYABR / 2024 / 16:36
ABŞ-nin İqlim Fondunun rəsmiləri Bakı Limanına səfər edib
16 noyabr tarixində COP29 çərçivəsində ölkəmizə gələn Amerika Birləşmiş Ştatlarının İqlim Fondunun (US Climate Fund) nümayəndə heyəti Bakı Limanına səfər edib. Keçirilən görüşdə qonaqlara Bakı Limanının COP29 çərçivəsində həyata keçirdiyi ekoloji təşəbbüslər və yaşıl liman təcrübələri barədə geniş məlumat verilib. Qeyd olunub ki, Bakı Limanı Malayziyanın “Tiza Green Energy” şirkəti ilə birgə Azərbaycanın günəş enerjisi ilə Batareya Enerji Saxlama Sisteminin (BESS) inteqrasiya olunduğu ilk layihəyə start verib. 5,4 MVt gücündə günəş enerjisi ilə işləyən fotovoltaik (PV) qurğusunun inşası liman ərazisində baş tutacaqdır. Eyni zamanda, Orta Dəhlizə ciddi dəstək olacaq intermodal yük terminalının inşasına dair də müqavilə COP29 çərçivəsində həyata keçirildiyini də bildiriblər.
Bakı Limanının Baş direktoru Taleh Ziyadov dekarbonizasiya strategiyası və ətraf mühitin qorunması istiqamətində atılan mühüm addımlardan da bəhs edib. ABŞ İqlim Fondunun nümayəndələrinə, Bakı Limanının beynəlxalq ticarət və logistika mərkəzi olaraq Orta Dəhlizdəki mühüm rolu barədə, limanın regional nəqliyyat infrastrukturu və müasir texnologiyalarla təchiz olunmuş terminalları, eyni zamanda burada həyata keçirilən yaşıl enerji təşəbbüsləri haqqında məlumat verilib.
Səfər zamanı qonaqlar, limanın müasir standartlara uyğun iş prosesi və qabaqcıl texnologiyalarla təchiz olunmuş terminalları ilə də tanış olublar.
Digər xəbərlər

26 FEVRAL / 2024 / 11:51
Bakı Limanının bir qrup əməkdaşı, Xocalı Soyqırımının anım günü ilə əlaqədar olaraq Xocalı abidəsini ziyarət etdi

01 IYUN / 2024 / 16:43
Bakı Limanında “Roboport” adlı Ələt məktəbliləri üçün təşkil olunan robotik, kodlama və STEAM kursunda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü keçirilib