Xəbərlər






09 DEKABR / 2024 / 16:26
Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup tələbəsi Bakı Limanına səfər edib
Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti UNEC (ADİU) SABAH qruplarında təhsil alan 13 tələbəsi Bakı Limanına səfər edib.Bu səfər, tələbələrin liman fəaliyyəti, logistika və ticarət sahələrində biliklərini artırmaq məqsədini daşıyır. Tələbələr limanın infrastrukturunu, əməliyyat proseslərini və beynəlxalq ticarətə olan təsirini yerində öyrəniblər.
Səfər tələbələrə real iş mühitində praktiki təcrübə qazanmağa və logistika sahəsindəki inkişafları müşahidə etməyə imkan verib. Bu cür təcrübə səfərləri universitetin tədris proqramına uyğun olaraq, tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla zənginləşdirmək məqsədi güdür.
Digər xəbərlər

15 NOYABR / 2024 / 08:17
COP 29 çərçivəsində Bakı Limanı və Malaziyanın “Tiza Green Energy” şirkəti Azərbaycanın günəş enerjisi ilə BESS sisteminin inteqrasiya olunduğu ilk layihəyə start verib

10 FEVRAL / 2021 / 17:20
Bakı limanının Baş direktoru Taleh Ziyadov Kembric Universitetinin Mərkəzi Asiya Forumunda “Regional İnkişaf və Əməkdaşlıq Perspektivləri” mövzusunda onlayn görüşdə iştirak edib