Xəbərlər
17 YANVAR / 2025 / 18:07
Müasir Bakı Limanı tarixində ilk dəfə olaraq illik yükaşırma həcmi 7.6 milyon tona çatıb
Azərbaycanda nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün atılan uzunmüddətli və sistemli addımlar nəticəsində Bakı Limanına cəlb edilən yük həcmində də mütəmadi olaraq artım müşahidə edilir. Bakı Limanı 2018-ci ildən etibarən paytaxtdan 70 km cənubda Ələt qəsəbəsində tam olaraq fəaliyyət göstərir. Burada icra edilən genişmiqyaslı infrastruktur layihələri, müasir texniki imkanlar və peşəkar komanda sayəsində regiondan keçən beynəlxalq nəqliyyat dəhlizlərində önəmli paya sahib olan Bakı Limanına olan maraq artmaqdadır. Əgər 2000-ci ildə Bakı Limanı vasitəsi ilə 4.5 milyon ton yük aşırılmışdısa, 2024-cü ildə bu rəqəm rekord səviyyədə, 7.6 milyon tona qədər artırılıb.
Hazırda Bakı Limanı illik 15 milyon ton yük və 100 TEU ekvivalentində konteyner aşırma imkanına sahibdir. Gələcəkdə daha da artması proqnozlaşdırılan yük həcminin operativ keçidini təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Bakı Limanının ikinci fazasının inşası üçün hazırlıqlarla başlanılıb ki, bu layihənin icrası ilə limanın illik yükaşırma gücü 25 milyon ton yük, o cümlədən 500 TEU ekvivalentində konteynerə qədər artırılacaq.
Digər xəbərlər
06 IYUN / 2023 / 09:14
Bakı Limanının bir qrup rəhbər heyəti üçün “Liderlik potensialının gücləndirilməsi üçün qrup kouçinq” proqramı keçirilmişdir
17 NOYABR / 2023 / 15:29
Bugün Dünya Ağıllı Davamlı Şəhərlər Təşkilatının (WeGo) təhsil proqramı çərçivəsində ADA Universitetinin tələləbəri Bakı Limanına səfər edib