Xəbərlər




30 YANVAR / 2025 / 12:18
Meksika Səfirinin Bakı Limanına səfəri baş tutub
Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero Bakı Limanına səfər edib. Görüş zamanı Bakı Limanı Baş direktoru Taleh Ziyadov, Bakı Limanının Orta Dəhlizdə beynəlxalq ticarət və logistika mərkəzi kimi oynadığı mühüm rolu barədə səfirə məlumat verib. Eyni zamanda, Bakı Limanının həyata keçirdiyi ekoloji təşəbbüslər, yaşıl liman konsepsiyası və limanın ikinci fazası haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, Səfir limanın müasir nəqliyyat infrastrukturu və innovativ texnologiyalarla təchiz olunmuş terminalları və yüksək standartlara uyğun iş prosesi ilə də tanış olub.
Digər xəbərlər

20 OKTYABR / 2023 / 13:53
Bakı Limanı Niderlandda keçirilən "Orta Dəhliz - Avropa üçün Yeni Üfüqlər" mövzusundakı dəyirmi masada təmsil olunub

05 MAY / 2023 / 18:10
Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “HEYDƏR ƏLİYEV İRSİ: Bakı Limanının inkişaf dövrü” adlı tədbir keçirilib