Xəbərlər

13 AVQUST / 2025 / 15:18
Bakı Limanı vasitəsilə daşınan ümumi yük həcmi artıb
2025-ci ilin yanvar-iyul ayları ərzində AZCON Holding-in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində fəaliyyət göstərən Bakı Limanı vasitəsilə 4 milyon 625 min ton yük aşırılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,8% artım deməkdir.
Hesabat dövründə yük aşırma növləri üzrə ən yüksək artım konteyner daşımalarında müşahidə olunub – 54,2%. Bununla yanaşı, quru yüklərin aşırılmasında 34,8%, təkərli texnikaların daşınmasında isə 6,4% artıma nail olunub.
Bakı Limanının beynəlxalq yükdaşıma marşrutlarında əhəmiyyətinin artması, habelə tərəfdaşlarla aparılan müzakirələr və yeni razılaşmalar nəticəsində ilin sonuna qədər ümumi yük dövriyyəsinin daha da artacağı proqnozlaşdırılır.
Digər xəbərlər
17 NOYABR / 2023 / 15:29
Bugün Dünya Ağıllı Davamlı Şəhərlər Təşkilatının (WeGo) təhsil proqramı çərçivəsində ADA Universitetinin tələləbəri Bakı Limanına səfər edib
26 YANVAR / 2024 / 11:17
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiyasiyasının işçi qrupunun növbəti ümumi yığıncağı Türkiyədə keçirilib