Xəbərlər



07 SENTYABR / 2025 / 19:10
ABŞ-nin biznes nümayəndə heyəti Bakı Limanına səfər edib
7 sentyabr tarixində AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktoru Eldar Salahov ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışovla görüşüb.
Görüş zamanı qonaqlara Limanın strateji mövqeyi, müasir infrastruktur imkanları, yükaşırma göstəriciləri və müxtəlif yük növlərinin daşınma prosesi barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, Bakı Limanı beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və Orta Dəhliz boyunca dayanıqlı logistika həllərinin inkişafı üçün etibarlı tərəfdaşdır.
USACC nümayəndələri Bakı Limanının Orta Dəhliz üzrə yükdaşımalarda mühüm rol oynadığını, qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
Digər xəbərlər
24 FEVRAL / 2024 / 16:20
Bakı Limanında təşkil olunan kodlama ilə bağlı “RoboPort” adlı kursun ilk qrup dərsləri uğurla davam edir
01 IYUN / 2024 / 16:43
Bakı Limanında “Roboport” adlı Ələt məktəbliləri üçün təşkil olunan robotik, kodlama və STEAM kursunda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü keçirilib