Xəbərlər




07 NOYABR / 2023 / 16:09
“Shandong Port Group”un rəhbərliyi Bakı Limanına səfər edib
Bu gün, dünyanın ən böyük liman operatorlarından biri olan Çinin Shandong vilayətində yerləşən “Shandong Port Group” və bu qrupa daxil olan bir sıra şirkətlərin rəhbəri Bakı Limanına səfər edib.
“Shandong Port Group”un Baş direktorunun müavini cənab Sun Zhengfun başçılıq etdiyi nümayəndə ilə liman rəhbərliyinin görüşü zamanı Orta Dəhlizdə Bakı Limanının oynadığı mühüm rol və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzularından olub. Qonaqlar Bakı Limanında infrastrukturu ilə yaxından tanış olub, onlarla yükaşırma qabiliyyətinin artırılması üçün əməliyyat və infrastruktur imkanlarının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda qonaqlar Bakı Limanının genişləndirilməsi layihəsi ilə tanış olub, investisya imkanları barədə məlumat əldə ediblər.
Digər xəbərlər

01 IYUN / 2022 / 15:02
Bakı Limanı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü Qaradağ rayonunda yaşayan, o cümlədən şəhid və qazi ailələrinin uşaqları ilə qeyd edib

24 FEVRAL / 2021 / 17:19
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov Amerika-Azərbaycan Ticarət Palatasının üzvləri ilə onlayn görüş keçirib