Xəbərlər



29 OKTYABR / 2025 / 13:58
Çinin Sian şəhərinin nümayəndə heyəti Bakı Limanına səfər edib
Bu gün “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyasının Sian Nümayəndəliyinin müşayiəti ilə Sian şəhərinin meri Ye Niupinqin rəhbərlik etdiyi nümayəndə heyəti AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Beynəlxalq Dəniz Limanına səfər edib.
Səfərin əsas məqsədi TBNM-in inkişafı, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, eləcə də Şərq–Qərb dəhlizi üzrə beynəlxalq yük axınlarının artırılması imkanlarının müzakirəsi olub.
Görüş zamanı nümayəndə heyətinə Bakı Limanının texniki imkanları, strateji coğrafi mövqeyi, logistika infrastrukturunun potensialı və son illərdə əldə edilən nailiyyətlər barədə ətraflı məlumat təqdim edilib. Görüş zamanı tərəflər Orta Dəhlizin gələcək inkişaf perspektivlərini, Şərq–Qərb nəqliyyat dəhlizinə artan beynəlxalq marağı, eləcə də bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Qonaqlar həmçinin limanda icrası davam edən və planlaşdırılan infrastruktur layihələri ilə tanış olublar. Nümayəndə heyəti limanın terminallarında yükaşırma proseslərinin təşkili və əməliyyatların idarə olunması ilə yerində tanış olub.
Bu səfər Azərbaycan və Çin arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də Orta Dəhliz üzrə qarşılıqlı əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.