Please ensure Javascript is enabled for purposes of website accessibility
AZ

Xəbərlər

27 OKTYABR / 2023 / 13:53

Bakı Limanı “Tbilisi İpək Yolu Forumu”-da təmsil olunub.

“Tbilisi İpək Yolu Forumu”-da çıxış edən Bakı Beynəlxalq Dəniz Tİcarət Limanının Baş direktoru Taleh Ziyadov Qədim İpək Yolunun keçdiyi şəhərlərdə böyük istehsal sahələrinin yarandığını bildirərək bu beynəlxalq dəhlizin bugün də region üçün oynadığı böyük iqtisadi dəyər haqqında məlumat verib. O çıxışı zamanı Bakı Limanında müasir, təhlükəsiz və yaşıl logistik habın formalaşdırıldığını və bu ərazinin geostrateji və ticari əhəmiyyətinin region iqtisadiyyatına böyük töhfə vəd etdiyini bildirib.

 

Baş direktor dünyadakı geosiyasi  hadisələrin “Orta Dəhliz”-ə olan tələbi artırdığını, infrastrukturun inkişafı və müasir texnologiyaların tətbiqi ilə Asiya və Avropa arasında daşınan yüklərin daha çox hissəsinin bura cəlb edilə biləcəyini bildirib. O, hazırda bu dəhlizin dayanıqlığı və operativliyi üçün atılan addımlar barədə ümumi məlumatı da təqdim edib.